Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Çinlə qurulan möhkəm siyasi platforma iqtisadi əməkdaşlığımıza zəmin yaradır

0

  •     2022 - ci ildə siyasi, iqtisadi və mədəni sahələrdə bir çox uğurlara imza atmış Azərbaycan, 2023 - cü ildə də bu müsbət tendensiyanı davam etmək əzmindədir. Ötən il ölkədə əsas diqqət işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə yönəldilmişdir. Həmin ərazilərdə infrastruktur layihələri sürəylə davam etdirilir və yaxın illərdə yekunlaşması nəzərdə tutulur. Burada əsas məsələlərdən biri də keçmiş məcburi köçkünlərin öz ata - baba yurdlarına qayıtmaları üçün yaşayış yerlərinin bərpası və yenidən qurulmasıdır. Artıq ötən il Zəngilan rayonunun bir qrup sakini öz yerlərinə köçürülmüşlər. Ağalı kəndinin yerində salınmış Ağıllı kənddə indi kəndin yerli əhalisi rahat şəkildə yaşayırlar. Onlar üçün iş yerləri də açılmışdır. Burada yerləşdirilən əhali Böyük Qayıdışın müjdəçiləri kimi tarixə düşmüşlər.​ ​ ​ ​ ​      Ötən il 10 noyabr bəyanatında öz əksini tapmış, Laçın şəhərinə alternativ yolun çəkilməsi və Laçın dəhlizinin yeni yola köçürülməsi prosesi də vaxtından əvvəl həyata keçirilmiş və hal - hazırda əvvəllər dəhliz kimi istifadə olunan Laçın şəhəri, Sus və Zabux kəndlərində geniş quruculuq - bərpa işləri görülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etmişdir ki, Laçın şəhəri, rayonun Sus və Zabux kəndlərinin əhalisinin bu ilin sonunda öz doğma yurdlarına qayıdışı nəzərdə tutulur. Bu ilin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə ələqədar Heydər Əliyev ili kimi tarixə keçməsi ölkə vətəndaşları üçün çox böyük uğurlar vəd edir. Butün bunlara nail olmaq üçün bizlər də ölkə vətəndaşı olaraq üzərimizə düşən işləri layiqicə yerinə yetirməliyik.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2022 - ci ildə olduğu kimi, bu il də ölkəmizin inkişafı naminə yorulmadan çalışmaqdadır. Bugünlərdə ənənəvi Davos İqtisadi Forumunda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Çinin CGTN televiziya kanalına müsahibə vermişdir. Müsahibə zamanı sualları cavablandıran Azərbaycan Prezidenti ölkəmizin Çin Xalq Respublikası ilə yaxşı münasibətdə olduğunu vurğulamışdır. Ölkə başçısı Çin Xalq Respublikasının sədri cənab Si Cinpinlə bir çox görüşlərinin olduğunu, iki dövlət arasındakı münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini qeyd etmişdir. Daha sonra Ölkə Başçısı qeyd etmişdir ki, biz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq. Həmçinin biz enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahəsində də əməkdaşlıq etməyə ümidnedirik. Biz indi Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonasının açılışının sonuncu mərhələsindəyik. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Jurnalistin Sizi Çinin dostu adlandırırlar, bu nədən irəli gəlir sualını cavablandıran Azərbaycan Prezidenti qeyd etdi ki, görünür bu mənim verdiyim hər bir sözün arxasında durmğımdan irəli gəlir. Fəaliyyətim boyu elə bir məqam olmayıb ki, verdiyim hər hansı bir sözün arxasında durmayım. Mən söz verdimsə, həmin söz mütləq yerinə yetirilməlidir. Ümumiyyətlə, dövlət başçılarının verdiyi sözün üstündə durması həmin dövlətin etibarlı tərəfdaş kimi qəbul edilməsinə xidmət edir. Eyni zamanda Prezident İlham Əliyev vurğuladı ki, mən çox söz vermirəm. Çalışıram ki, daha çox əməli fəaliyyətlə məşğul olun. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Müsahibə zamanı Ölkə Başçısı onu da qeyd etdi ki, biz iki il bundan öncə işğal altındakı torpaqlarımızı azad edərək böyük nailiyyət əldə etmişik. İndi biz işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçiririk. Hal - hazırda bizi daha çox ölkənin iqtisadi inkişafı düşündürür. Biz istərdik ki, investorlar buraya gəlib sərmayə qoysunlar. Ölkəmizdə münbit investisiya mühiti formalaşıb. Ancaq biz onları məcburi şəkildə ölkəyə investisiya qoymağa cəlb edə bilmərik. Yalnız onları dəvət edib buradakı şəraitlə tanış olmalarını tövsiyə edə bilərik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Davos səfərinin nəticələrinə əsasən belə qənaətə gəlmək olar ki, Ölkə Başçısının hər bir səfəri Azərbaycan üçün yaxşı perspektivlər vəd edir.​ ​Güllü İsmayılova,​ ​ ​Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib57 dəfə
    Çinlə qurulan möhkəm siyasi platforma iqtisadi əməkdaşlığımıza zəmin yaradır

    Maraqlı gələ bilər
    55
    56
    56
    43